AZ

Qazaxıstan XİN: TDT özünü sülh və davamlı inkişafı möhkəmləndirən nüfuzlu subyekt kimi göstərə bilib

Türk Dövlətləri Təşkilatı (TDT) özünü sülh və davamlı inkişafı möhkəmləndirməyə töhfə verməyə çalışan beynəlxalq münasibətlərin tamhüquqlu və nüfuzlu subyekti kimi elan edə bilib.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü ilə bağlı bəyanatında bildirilib.

Qeyd olunub ki, 15 il əvvəl məhz bu gün Naxçıvan şəhərində "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Saziş"ə imza atılıb və sonradan Şuranın adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilib:

"Türk inteqrasiyası tranzit və nəqliyyat, iqtisadiyyat, ekologiya, elm, təhsil, incəsənət, turizm, idman məsələlərindən başlayaraq genişmiqyaslı əməkdaşlığı əhatə edir. Qazaxıstan TDT fəaliyyəti çərçivəsində inteqrasiyanı inkişaf etdirərək təşkilatın təşəbbüskarı və əsasını qoyan dövlətlərdən biridir. Buna Türk ölkələrinin birliyini və əməkdaşlığını möhkəmləndirməyə yönəlmiş, səkkiz prioriteti əhatə edən "TURKTIME!" şüarı ilə qəbul edilmiş cari ildə Qazaxıstanın TDT-dəki sədrlik proqramı sübutdur".

Qeyd edək ki, 3 oktyabr 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan Sazişi imzalanıb. Sənədin imzalanma tarixi - 3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır.

phrase_var_article.chosen
63
3
far.az

4phrase_var_article.sources