Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.
Titul.az xəbər verir ki, Ağdam klubu Avropa Liqasında Liqa mərhələsinin II turunun matçına çıxacaq.
Qurban Qurbanovun yetirmələri İsveç “Malmö”sü ilə üz-üzə gələcəklər. Təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Birinci turda “Tottenhem”ə 0:3 hesabı ilə uduzan Ağdam klubu ilk xallarını qazanmaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu oktyabrın 24-də keçirəcək. 11 qat ölkə çempionumuz III turda Niderland təmsilçisi “Ayaks”ı qəbul edəcək.
Avropa Liqası
Liqa mərhələsi, II tur
3 oktyabr
20:45. “Qarabağ” – “Malmö”
Baş hakim: Anastasios Papapetrou (Yunanıstan)
Tofiq Bəhramov adına Respublika Stadionu