“Azərbaycan erməni revanşizminə qarşı mübarizə çərçivəsində İrəvanın Vazgen Sarkisyan küçəsinin adının dəyişdirilməsini tələb edə bilər”.
Publika.az xəbər verir ki, bu iddia ilə “Ermənistan” fraksiyasından olan deputat Artur Xaçatryan çıxış edib.
Xaçatryan bildirib ki, Bakı İrəvan qarşısında yeni və çətin tələblər irəli sürür.
“Azərbaycan “Qarabağ qəhrəmanlarını” (separatçı-terrorçular) cəzalandırmağı, ordunun buraxılmasını, minlərlə itkin düşmüş azərbaycanlı haqqında məlumatın verilməsini tələb edir. İstisna etmirəm ki, bir gün İrəvanda Vazgen Sarkisyan küçəsinin adını da dəyişdirməyi tələb edə bilərlər. Ermənistan hakimiyyətinin güzəştləri Azərbaycanı yeni tələblər irəli sürməyə sövq edir”, - o iddia edib.
Asif
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta