AZ

Bu, bütün kino festivallarını özündə birləşdirir - Səadət Yusifova

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Mərkəzində "Baku Cinema Breeze" Festivalı çərçivəsində "Omarket"in (Şərq ölkələrinin kino marketi) açılış mərasimi baş tutub.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət nazirinin müavini Səadət Yusifova festivalın əhəmiyyətindən danışıb:

"Mədəniyyət Nazirliyi tərəfindən ilk dəfə baş tutan "Baku Cinema Breeze" Festivalı ölkəmizdə fəaliyyət göstərən bütün kino festivallarını özündə birləşdirir. Layihə çərçisində "Omarket" sərgisinin təşkil edilməsi ölkəmizdə kino sənayesinin inkişafı üçün böyük potensialının olduğunu və dövlətimizin bu prosesə dəstək olduğunu göstərir.

"Baku Cinema Breeze" Festivalında 45-dən çox ölkənin nümayəndələri və 100-dən çox qonaq iştirak edir. Müxtəlif ölkələrdən 300-ə yaxın film təqdim ediləcək.

Platforma çərçivəsində keçirilən festivallar yalnız kino sənətinin inkişafına təkan verməyəcək, həm də gənc və istedadlı rejissorlarımızın özlərini ifadə etmək və dünyaya çıxışını təmin etməkdir. Son illər dövlət sifarişi ilə film istehsalı daha da təkmilləşdirirlib".


Müəllif: Rəqsanə Həsənova
phrase_var_article.chosen
61
teleqraf.com

1phrase_var_article.sources