AZ

Qətər Rusiya və Ukrayna ombudsmanlarını görüşdürmək istəyir - Uşaq məsələsi...

Qətərin Rusiyadakı səfiri Əhməd bin Nasser bin Casim Al Tani bildirib ki, Rusiya və Ukrayna ombudsmanları Mariya Lvova-Belova və Dmitri Lubinets arasında mümkün görüş məsələsini nəzarətdə saxlayır.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, o, hələlik mümkün danışıqların təfərrüatlarının olmadığını açıqlayıb%

 

“Hələlik konkret tarix yoxdur. Amma Qətər bu məsələni daim nəzarətdə saxlayır. Biz bu prosesi asanlaşdırmağa hər zaman hazırıq”.

 

O əlavə edib ki, Qətər hakimiyyəti Rusiya və Ukrayna arasında ailə birləşməsi probleminə böyük diqqət yetirir.

 

Aprelin 24-də Mariya Lvova-Belova Dohada Rusiya və Ukrayna arasında uşaq mübadiləsi mövzusunda üzbəüz danışıqlar aparıldığını açıqlayıb. Dmitri Lubinets onun sözlərini təkzib edib. O bildirib ki, Ukrayna Qətərə 561 uşağın adı olan siyahını verib. Rusiyalı ombudsman ukraynalı uşaqların 29-nun adının olduğu siyahıdan danışıb.

 

Sentyabrın sonunda Rusiya 9 uşağı Ukraynadan olan qohumlarına təhvil verib. 4 uşaq isə Rusiyaya qayıdıb. Mariya Lvova-Belovanın sözlərinə görə, yenidən birləşmək üçün siyahıda daha 18 uşaq var.

Seçilən
21
modern.az

1Mənbələr