AZ

Azərbaycanın elektromobil reallığı - Bazar bizə nə vəd edir?

Bakı. Trend:

Benzin və dizellə işləyən avtomobillər son dövrlər tədricənelektrik mühərriki ilə çalışan nəqliyyat vasitələri ilə rəqabətəgirməli olur. Alternativ yanacaqla işləyən avtomobillər içərisindəistifadə cəhətdən ən geniş yayılmış olanı elektromobildir.Azərbaycanda da son illər elektriklə işləyən avtomobillərə maraqartmaqdadır.

Bu, bir neçə amillə əlaqədardır. İnsanlar ətraf mühitinqorunmasına daha çox diqqət yetirirlər. Elektrik avtomobilləriənənəvi yanacaqla işləyən avtomobillərə nisbətən daha az emissiyaburaxır. Belə avtomobillərin uzunmüddətli xərcləri (yanacaq vətexniki xidmət) daha aşağı olduğu üçün daha çox insan buavtomobilləri seçir.

Ölkəmizdə hökumət elektrikli avtomobillərin alınmasını təşviqedən müxtəlif proqramlar təqdim edir. Vergi güzəştləri,subsidiyalar və elektrik şarj stansiyalarının yaradılması buqəbildəndir. Belə ki, 2022-ci ildən elektromobillər və onlar üçün2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının idxalı vəsatışı ƏDV-dən azad edilib. Ötən ildən isə zavod buraxılıştarixindən 3 ilədək ötmüş elektrik mühərrikli avtomobillərinidxalına gömrük rüsumu artıq tətbiq edilmir. Bu səbəblər ölkəmizdəelektriklə işləyən avtomobillərin sayının artmasına gətiribçıxarıb.

Bakıda və bölgələrdə bir neçə şarj məntəqəsi quraşdırılıb və buxidmət müştərilərə pulsuz təklif olunur. Bu məntəqələr şəhərmərkəzlərində, ticarət mərkəzləri, hotellərin yanında və ictimaiyerlərdə yerləşdirilir.

Statistikaya nəzər salsaq, görərik ki, Bakı şəhərində 55-60,Sumqayıtda 2, bölgələrdə isə 30-35 enerji doldurma məntəqəsifəaliyyət göstərir. Qarabağ və Şərqi Zəngəzurda isə Füzuli,Cəbrayıl, Zəngilan, Şuşa, Xocavənd, Xocalıda bu məntəqələrquraşdırılıb. Cari il üçün ölkə ərazisində 147 nöqtədə enerjidoldurma məntəqələrinin quraşdırılması nəzərdə tutulub. Bunlardan69-u paytaxtın, 58-i regionların, 20-si isə Qarabağ və ŞərqiZəngəzurun payına düşür.

İlk vaxtlar elektromobillərin batareyalarının mübadiləsi vətəmiri üçün ixtisaslaşmış servis mərkəzlərinin olmaması problemyaradırdı. Lakin hazırda rəsmi dilerlər elektromobil alanlarıonların ehtiyat hissələri ilə də təmin edirlər.

İstifadəçilər üçün elektromobillər haqqında məlumat vətəlimatların az olması, bu texnologiyanın qəbulunu müəyyən qədərləngidə bilər. Elektromobillər üçün sığorta və ikinci əl bazarınınhələ tam inkişaf etməməsi potensial alıcılar üçün çətinlikləryarada bilər. Bu problemlərin aradan qaldırılması elektromobillərindaha geniş yayılmasına və insanların bu avtomobillərə marağınındaha da artmasına kömək edə bilər.

Elektromobillərin məsafə qət etməsinə gəldikdə, bu modellərəgörə dəyişir, lakin müasir elektromobillərin əksəriyyəti bir dəfəşarjla 200-600 kilometr məsafəni qət edə bilir. Bəzi yüksəkperformanslı modellər isə 700 kilometrə qədər məsafə qət edə bilir.İstehsalçıların təqdim etdiyi müxtəlif modellərin məsafəqabiliyyətləri fərqlidir. Ümumiyyətlə, avtomobil satan şirkətləravtomobili 80%-dən yuxarı və 20%-dən aşağı şarjla istifadəsiniməsləhət görmür.

Qeyd edək ki, 2024-cü ilin ilk 6 ayında Azərbaycana 10 min 464ədəd hibrid və tam elektrikli avtomobil idxal olunub. 2023-cü ilineyni dövründə Azərbaycana 679 milyon 509 min dollar dəyərində 44min 937 ədəd minik avtomobili, o cümlədən, 8 min 453 ədəd hibrid vətam elektrikli avtomobil idxal edilmişdi.

Seçilən
4
3
az.trend.az

4Mənbələr