AZ

Çin ən müasir gəmisini itirib - Foto

Çin

Bu il batan əsrarəngiz Çin sualtı qayığı, hibrid “nüvə-ənənəvi” hərəkət sisteminə malik yeni tipli sualtı qayıqların ilki olub.

Reyting.az
xəbər verir ki, bu barədə “Washington Times” yazır.

Nəşrin istinad etdiyi Pentaqon analitiklərinin hesabatına görə, sualtı qayıq adi elektrik stansiyasından əlavə kiçik nüvə reaktorundan istifadə edir. Yeni sualtı qayığın ölçüsü əvvəlki Çin sualtı qayıqları ilə eynidir.

Mütəxəssislər sualtı qayığın reaktorunun yanacaqla təmin edilib-edilmədiyini bilmirlər. Çin ordusu və hökuməti insidentə şərh vermir.

Xatırladaq ki, sentyabrın sonunda Çinin ən yeni sualtı qayığını itirdiyi məlum olub. Qayığı qaldırmaq üçün qəza yerinə iri üzən kranlar gəlib.



Media sualtı qayığı “Type 041” Zhou adlandırır, lakin bunun doğru olub-olmadığı bilinmir. Mütəxəssislər qayığın daha manevr etmək üçün nəzərdə tutulmuş X formalı arxa tərəfi aldığını müəyyən ediblər.

Qeyd edək ki, Çin donanması çox sürətlə inkişaf edir: bu, həm sualtı qayıqlara, həm də yerüstü gəmilərə aiddir.

Onu da qeyd edək ki, bu il Pekin tarixinin ən böyük təyyarədaşıyan gəmisinin dəniz sınaqlarına başlayıb və bu gəmi “Fujian” adlandırılıb. O, təyyarələrin katapultdan istifadə edərək havaya qalxmasına imkan verən CATOBAR sistemi ilə təchiz edilib.

V. QULİYEV
Seçilən
48
reyting.az

1Mənbələr