Asiya Əməkdaşlıq Dialoqu Sammitində iştirak etmək üçün Qətərin paytaxtı Dohaya səfər edən İran prezidenti Məsud Pezeşkian "İran müharibə istəmir" fikirlərini səsləndirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Pezeşkian deyib ki, İsrail onları HƏMAS lideri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavab verməyə məcbur edib və İranın sülhü bərpa etmək üçün təmkin nümayiş etdirdiyini, lakin İsrailin bölgədə hücumlarını gücləndirdiyini bildirib.
İran prezidenti Pezeşkian İsrailin İrana cavab vermə ehtimalı ilə bağlı həmçinin əlavə edib: "İsrail cavab versə, cavabımız daha sərt olacaq".