Biz 6 il əvvəl London İqlim fəaliyyəti Həftəsində təşəbbüslərə başlayanda bilirdik ki, iqlim müzakirələri müxtəlif platformalarda aparılır. Amma şəhər mühitini özündə ehtiva edəcək böyük platforma yox idi. Biz burada bütüm cəmiyyətin nümayəndələrini birləşdirdik və təhsil sektoru onun ən fundamental zümrəsi idi.
APA xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 4-cü günündə London İqlim Fəaliyyəti Həftəsinin səfiri Malini Mehra deyib.
O bildirib ki, təhsil norma və dəyərləri formalaşdırır. Norma və dəyərlər özləri sosial konsesiumu yaradır, bu da öz növbəsində ekoloji tədbirlər üçün mühüm amildir.
“Kiçik və orta sahibkarlar sizin əsas tərəf müqabilləriniz olmalıdır. Ətraf mühitin mühafizəsi mədəniyyətin bir parçası olmalıdır. Belə bir mədəniyyəti formalaşdırmaq üçün universitetlər mühüm rola malikdir" - deyə o əlavə edib.