AZ

Husilər Təl-Əvivə pilotsuz uçan aparatlarla zərbələr endiriblər

Husilər Təl-Əvivə pilotsuz uçan aparatlarla zərbələr endiriblər

Yəmənin üsyançı Ənsar Allah hərəkatının husiləri Təl-Əvivə pilotsuz təyyarələrlə zərbələr endiriblər.AFN.az xəbər verir ki, bunu üsyançıların hərbi sözçüsü Yəhya Saria Husilərə məxsus "Əl Məsirə" telekanalında bildirib."Yəmən Hərbi Hava Qüvvələri işğal olunmuş Fələstində Təl-Əvivdə mühüm obyektə hücum etmək üçün Yaffa pilotsuz təyyarələrindən istifadə edərək əməliyyat həyata keçirib", - deyə hərəkatın sözçüsü bildirib.Onun sözlərinə görə, İsrailin hava hücumundan müdafiə sistemləri Husilər tərəfindən buraxılan və hədəflərinə çatan pilotsuz təyyarələri vura bilməyib. Qeyd edək ki, bundan əvvəl İsrail ordusu ölkənin mərkəzi hissəsində sahilə yaxınlığında şübhəli hədəfin tutulduğunu bildirib.

Seçilən
12
afn.az

1Mənbələr