Bir ilə yaxındır davam edən İsrail-Fələstin savaşı, İsrailin Livan və İranla yaşadığı qarşıdurmalar Yaxın Şərqdəki gərginliyi yenidən pik həddə çatdırıb.
"AzPolitika" xəbər verir ki, ABŞ-nin "Global Firepower” Agentliyi dünyanın ən qaynar nöqtəsi hesab olunan Yaxın Şərqdə ən güclü orduya sahib ölkələrin siyahısını hazırlayıb. Siyahı hazırlanarkən bir çox meyarlar -hərbi personal sayı, aktiv personal sayı, ordunun manevr imkanları, hərbi texnika sayı və s. nəzərə alınıb.
Yaxın Şərqin ən güclü 10 ordusunu təqdim edirik:
1. Türkiyə
2. İran
3. Misir
4. İsrail
5. Səudiyyə Ərəbistanı
6. İraq
7. Birləşmiş Ərəb Əmirlikləri
8. Suriya
9. Qətər
10. Küveyt.
"AzPolitika.info"