ABŞ-da MLS müntəzəm çempionatının qalibi bəlli olub.
Titul.az xəbər verir ki, "İnter Mayami" çempionluğunu rəsmiləşdirib.
Lionel Meesinin komandası 32-ci turda səfərd ən yaxın izləyicisi "Kolumbus Kryu"ya qalib gələrək (3:2) buna nail olub. Oyunda Messi dubla (45, 45+5) imza atıb. "İnter Mayami"nin digər qolunu isə Luis Suares (48) vurub. "Kolumbus Kryu"dan Dieqo Rossi (46) və Kuço Ernandes (61) fərqlənib.
Bu qələbədən sonra xallarının sayını 68-ə çatdıran "İnter Mayami" mövsümün bitməsinə 2 tur qalmış ABŞ çempionu olub.
Qeyd edək ki, "İnter Mayami"də Messi və Suaresdən başqa, onların "Barselona"dakı sabiq komanda yoldaşları Serxio Busketslə Jordi Alba da çıxış edir.