AZ

Mühərrik yağı, akkumulyator və şin satan şirkət nizamnamə kapitalını artırır

“Caspian Equipment Company” Açıq Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 1000 manat olan 100 ədəd adi adlı sənədsiz səhmlər emissiya edib.

FED.az bu barədə şirkətin emissiya prosepktinə istinadən xəbər verir.

Emissiyanın məqsədi nizamnamə kapitalının artırılmasıdır.

Əgər səhmlərin yerləşdirilməsi uğurla yekunlaşarsa şirkətin nizamnamə kapitalı 2 dəfə araraq 100 min manatdan 200 min manata çatdırılacaq.. 

“Caspian Equipment Company”nin nizamnamə kapitalının 100%-i Rüstəmov Eldəniz Sabir oğluna məxsusdur. 

Qeyd edək ki, şirkət 2019 ildə fəaliyyətə başlayıb. Şirkətin sas funksiyası avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdan satışını həyata keçirməkdir.

Seçilən
9
fed.az

1Mənbələr