AZ

Sosial Tədqiqatlar Mərkəzində UNDP nümayəndələri ilə görüş keçirilib- FOTOLAR

BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident nümayəndəsi xanım Alessandra Rokkasalvo Sosial Tədqiqatlar Mərkəzində qonaq olub. Görüş çərçivəsində İdarə Heyətinin sədri Zahid Oruc Mərkəzin yardılması zərurətindən bəhs edib və 5 il ərzində görülən işlər barədə geniş məlumat verib. O bildirib ki, ölkə rəhbərinin fərmanı ilə yaradılan qurum ictimai rəyi öyrənməklə yanaşı müvafiq sənədlərin, hesabatların hazırlanmasını həyata keçirir və artıq demək olar ki, rəsmi qurumlar ictimai rəy əsaslı idarəçiliyə keçid ediblər.

QHT.az xəbər verir ki, İnkişaf Proqramının rəsmisi isə qeyd edib ki, Azərbaycandakı fəaliyyət və əməkdaşlıqlarda milli prioritetləri və ölkənin dayanıqlı inkişaf məqsədlərinin nəzərə alınmasını vacib hesab edir. Burada bir sıra aktual məsələlər əhatə olunur: regionların inkişafı, orada yetərli iş yerlərinin açılması ilə ifrat şəhərləşmənin qarşısının alınması, paytaxtda və bölgələrdə həssas qrupların ehtiyaclarının dəyərləndiriıməsi və onlara dəstək proqramlarının işlənilməsi və s.

Habelə hazırda Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərinin diqqət mərkəzində olduğu bildirilib. Daha sonra xanım qonağa Mərkəzin çap edilmiş jurnalları və Azərbaycan kəlağayısı hədiyyə edilib.

Seçilən
10
qht.az

1Mənbələr