AZ

“Nə olur-olsun, bu xətt açılmalıdır” - Politoloq

“Hazırda qlobal mərkəzlər arasında dünyanın kommunikasiya, nəqliyyat və enerji xəttləri uğrunda gərgin mübarizə gedir. Bu xətlərdən biri də Zəngəzurdur. Əgər, indiyə kimi Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasına “hə” demiş olsaydı, münasibətlərdə yeni səhifə açılardıi. Azərbaycanın bu məsələdə Ermənistandan böyük tələbi yoxdur. Sadəcə olaraq, nə olur-olsun, bu xətt açılmalıdır”.



Bunu Bakupost.az -a politoloq Zaur Məmmədov bildirib.


Onun sğzlərinə görə, Azərbaycanın istəyi dəhlizin açılmasıdır:


" Təbii ki, indiyə qədər bu məsələ müxtəlif formalarda həllini tapa bilərdi".


Politoloq əlavə edib ki, bu gün Paşinyan sülhpərvər çıxışlar edərək, beynəlxalq ictimaiyyəti aldadır. Ermənistanın sülhə “hazır” olduğunu, Azərbaycanın guya sülh istəmədiyini qlobal ictimaiyyətə göstərməyə çalışır:


“Amma Paşinyan məhz müəyyən müddəalar üzərində sülhün əldə olunmasını istəyir. Bu isə bütöv şəkildə problemin həlli demək deyil”.

Sevinc,
BakuPost
Seçilən
34
1
bakupost.az

2Mənbələr