AZ

İranda hərbi qüvvələr etnik bəluçlara silahlı hücum edib

Oktyabrın 2-də hərbi qüvvələr Sistan və Bəluçistan əyalətinin Çabahar şəhərinə silahlı hücum ediblər. Vətəninfo.az “Azad İran” Telegram kanalına istinadən  bildirir ki, yarıağır silahlardan istifadə edən repressiv hökumət qüvvələri Belingi bölgəsində mağazaya basqın həyata keçiriblər.

Məlumata görə, silahlı hücumda ən azı üç nəfər ölüb, iki nəfər isə yaralanıb. Öldürülən və yaralanan şəxslərin yeniyetmələr olduğu vurğulanıb.

İranın hökumət mediası isə Sistan və Bəluçistan əyalətində “Ceyş əl-Ədl” qruplaşmasına qarşı əməliyyat keçirdiyini və terror qruplaşmasının üzvlərinin zərərsizləşdirildiyini açıqlayıb. Habelə əməliyyat zamanı çox sayda silah və sursatın ələ keçirildiyi bildirilir.

Seçilən
8
veteninfo.az

1Mənbələr