“Ordu” yeni yaranıb. Kollektivimiz təzədir, ona görə də müəyyən çətinliklərimiz var”.
İdman.biz xəbər verir ki, bunu “Ordu”nun basketbolçusu Rüstəm Əliyev deyib.
Komandasının kapitanı mövsümə hazırlıqlarını dəyərləndirib: “Yaxşı basketbolçular transfer etmişik. İstər yerli, istərsə də əcnəbi oyunçularımız istedadlıdırlar. Mövsüm çox çətin keçəcək. Çünki digər komandalar da xeyli gücləniblər. Bununla belə, inanıram ki, debütant olmağımıza baxmayaraq, B qrupunda yaxşı nəticə göstərib 1-ci yeri tutacağıq”.
Qeyd edək ki, “Ordu” mövsümün ilk oyununu oktyabrın 20-də “Sumqayıt”a qarşı keçirəcək.
İdman.biz