AZ

Mobil operatorun şəbəkə cinayətinə qiymət verilmir

Məhkəmə tərkibinə etiraza hakim Vahid Sadıqovun “dayan görək” “aktı”

Xidmət sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktın  “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”  19.09.1995-ci il tarixli , 1113 saylı Azərbaycan Respublikasının Qanununun olduğunu kim bilməsə də, xidmət qurumlarının özləri bilməmiş olmazlar. Nədən qanunu bilmədən xidmət göstərmək, sadəcə, mümkünsüzdür, sonda özbaşınalığa gətirər. Rabitə-bağlantı  xidmətinin, özəlliklə, son 3-4 aydakı xidmət, daha düzü, şiddət şərtləri operatorların qanunvericilikdən bilgisizliyini ortaya qoyur.

“Bakcell” MMC-nin xidmət yerinə, şiddət, reketlik xidməti isə heç bir normaya sığmır. Xidmət özbaşınalığına baxın, ilk operator 1-ci dərəcəli Qarabağ qazisinin 4 aydır ikitərəfli bağlı olan 4 nömrəsinin 4-ündən də eyni gündə - 31 iyulda 32,67 manat bir, 17,3 manat bir, 23,34 manat bir, toplam 70 manatdan yuxarı vəsait tutub (??) Niyə, hansı qanunla? “Bakcell”dən bu reketlik xidmətinin qanuni olduğu, nömrə bağlı oldu-olmadı, zorakı xidmət adına balansın sıfırlanmasının xidmət qurumunun müqavilə şərtlərini diqtə etmək hüququ ilə izah edilib. Guya mobil operator müştəri ilə müqavilə bağlayıb və 4 nömrəni birdən bağlı olduğu halda eyni vaxtda 70 manat ödəməklə işlədir. 4 aydır ikitərəfli bağlı nömrə necə müqavilə bağlaya bilər? Və balansın idarə edilməsi, hansısa xidmətə qoşulma, axı istehlakçının müstəsna hüququdur, xidmət qurumunun yox!

70 manatı bir gündə qazinin balansından danışıq xidməti adına  necə silmək olar? Heç demə, 31 may 2024-cü ildən Bakcell belə özbaşınalıq xidmətinə start verib: “ Bakcell xidmət təqdim edir və aylıq minimal istifadəni 1.99 manat TƏYİN edir” (?-Bakcellin belə zorla minimal istifadə TƏYİN etmək hüququ hansı qanunda yazılıb?- M. B.) Lap olsun, axı nömrə şəbəkədə deyil, ikitərəfli bağlıdır! Soyadını deməyən Zakir adlı agent nağıl xidmətini sürdürərək bildirib ki, “nömrə şəbəkədə olmasa belə, xidmət nömrədə aktivdir” (?- şəbəkədə olmayan, ikitərəfli bağlı olan nömrədə hansı xidmət aktiv ola bilər?-M.B.)

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 14.2 maddəsində yazılıb ki, İSTEHLAKÇINI ONA LAZIM OLMAYAN xidmət göstərilməsinə MƏCBUR ETMƏK QADAĞANDIR. Operatorun agentləri isə bildirir ki, “Bakcell”in əsas qanunu özbaşına qəbul etdiyi qaydadır: "Bakcell” şirkətinin MÜQAVİLƏSİNƏ əsasən, şirkət qaydaları və xidmətləri BİRTƏRƏFLİ qaydada diqtə edə, dəyişə bilər”. Müçtərinin xidmətdən istifadə etməməsi bir yana, axı” İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 16-cı maddəsi bu BİRTƏRƏFLİ DİQTƏNİ QADAĞAN edir: “ QANUNVERİCİLİKLƏ NƏZƏRDƏ TUTULAN HÜQUQLARLA MÜQAYİSƏDƏ istehlakçının hüquqlarını məhdudlaşdıran MÜQAVİLƏ şərtləri ETİBARSIZ SAYILIR”. Belə olmayan müqavilə diqtəsi ilə vurulan ziyanın ödənilməsi isə məcburidir. Di gəl, “ Bakcell” özbaşınalığını sürdürür, bağlı nömrələrdən sildiyi vəsaiti geri qaytarmır ki, işləməyən nömrəyə zorakı xidmətdən imtina etmək olmaz.

30.09.2020-ci ildə yenə də 1-ci dərəcəli əlilin şəbəkədə olmayan nömrələrindən xidmətdən istifadə etmədiyinə görə (?- bu yeni zorakı xidmət növüdür, xidmətdən istifadə etməsən, hər ayın axırında balansından ən azı XİDMƏT adına 2 manat çıxılmalıdır- M.B.) Tətbiqdən bütün gecəni agentlərə nömrələrin bağlı olduğunu, lap açıq olsa da, 4 nömrədən birdən istifadənin mümkünsüz olduğunu anlada bilməyən 1-ci dərəcəli Qarabağ qazisinin üz tutmağa yeri də qalmayıb. Gerçğkdə bu şəbəkə cinayətidir və buna polis, prokurorluq DTX qiymət verməlidir. Məhkəməyə gəldikdə...

Acı da olsa, gerçək faktdır, məhkəmə hakimiyyəti “Bakcell”in VƏKİLİ rolunda çıxış edir. Bir ilə yaxındır Səbail məhkəməsidə qaldırılan iddianı hakim Mədinə Bağırova sifarişlə geri qaytarıb ki, məhkəmə Dövlət Vergi Xidmətinin saytına girib görüb ki, Bakcellin ünvanı Xətai məhkəməsinə aiddir. Birincisi, mülki işlərdə məhkəmənin məlumat toplaması yolverilməzdir, ikincisi, bəyəm  “Bakcell”in Səbail rayonunda müştəri xidməti yoxdur? Məhkəmələr bilmir ki, MPM-in 36-cı maddəsinə görə , istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı işlərdə məhkəməni seçmək hüququ istehlakçıya məxsusdur? Bilmədiklərindən Xətai məhkəməsinə müraciət olunub və hakim Aygün Həsənova cavabdehin qeyri-prosessual sifarşindən qaça bilməyib.

İş apellyasiya instansiyasında olanda isə cavabdeh “Bakcell” vurğuladığımız özbaşınalıqlara əl atıb. Lakin Vahid Sadıqovun sədrlik etdiyi heyət nə cavabdehin iştirakını təmin edib, nə də əlavə sübutlara baxıb. Faktiki olaraq Vahid Sadıqov cavabdehin vəkili rolunda çıxış etdiyindən, iddiaçı Qarabağ qazisi məhkəmə tərkibinə etiraz edib. Bu etiraz vəkil-hakimlərdə şok effekti yaradıb. Sədrlik edən etirazı “ dayan görək”lə cavablandırıb və qəfildən ayağa qalxıb, şikayətin təmin olunmadığını bildirib. Yəqin məhkəmə hüquq sistemində yeni qaydadır, məhkəmə tərkibinə etiraz “dayan görək” aktı ilə “qiymətləndirilib”(?)

Görək, Məhkəmə Hüquq Şurası bu “dayan görək” “aktı”na hansı qiymət verəcək? Belə görünür ki, “ Bakcell”-in qeyri-prosessual sifarişi Konstitusiyadan da, MPM-dən də üstündür. Hətta hakim Vahid Sadıqov qətnamədən şikayətə də qadağa qoyub.

Ali Məhkəmənin , Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov məhkəmənin “dayan görək” “aktı”nı çıxaran Vahid Sadıqova  “DAYAN , DUR” deyəcəkmi? “Bakcell”in zorakı reket xidməti öldürməsə, yaşaya bilsək, görərik.

Məğrur BƏDƏLSOY

Seçilən
19
hurriyyet.az

1Mənbələr