AZ

“Binance” bu 5 altkoini yaxından izləyəcək – Bəziləri siyahıdan çıxarıla bilər

Dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance” verdiyi qərarlarla kripto aktivlərinin qiymət hərəkətlərinə birbaşa təsir edir. Bu gündən etibarən məşhur birja yeni bir elan mətni paylaşıb və elana görə bəzi altkoinləri yaxından izləyəcəyini bildirib.

Valyuta.az-ın xəbərinə görə, riskli siyahıya daha yaxın hesab etdiyi altkoinlərə monitorinq etiketləri tətbiq edən “Binance” bu siyahıya yeni altkoinlər əlavə edib.

“Binance”in mövzu ilə bağlı paylaşdığı son elan mətnində deyilir ki, “Binance “daha çox token daxil etmək üçün İzləmə Etiketini genişləndirəcək və 2024-10-03 tarixində seçilmiş tokenlər üçün “Seed Tag”i (“Binance”in “Seed Tag” sistemi yeni və innovativ layihələri olan, lakin eyni zamanda yüksək risk və dəyişkənlik ehtiva edən altkoinlər üçün hazırlanmış markalama sistemidir) siləcək.

İzləmə “Seed Tag” siyahısına əlavə olunacaq tokenlər bunlardır:

Bluzelle (BLZ), CLV (CLV), SelfKey (KEY), Prosper (PROS), VITE (VITE)

“Seed Tag” siyahısından silinəcək tokenlər bunlardır:

Pendle (PENDLE) və Sei (SEI)

“Seed tag” olan tokenlər sadalanan digər tokenlərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksək dəyişkənlik və risk nümayiş etdirir. Bu tokenlər yaxından izlənilir və müntəzəm olaraq təhlillər aparılır.

Əvəz Həsənov

Seçilən
17
1
valyuta.az

2Mənbələr