AZ

Roderik Miller Panama millisinə dəvət olundu

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz”un müdafiəçisi Roderik Miller Panama millisinə dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı müdafiəçi yığma komandanın heyətində təlim-məşq toplanışında iştirak edəcək. Panama yığması toplanış çərçivəsində 2 yoxlama görüşü keçirəcək. Sözügedən komanda oktyabrın 12-də ABŞ, oktyabrın 15-də isə Kanada yığmaları ilə qarşılaşacaq.

Xatırladaq ki, Miller Panama millisində 2011-ci ilin oktyabr ayında debüt edib. O, yığmanın heyətində bütövlükdə 44 oyun keçirib və 2 qola imza atıb. Roderikin hesabında 1 məhsuldar ötürmə də var.

Roderik Miller “Turan Tovuz”a 2023-cü ilin mart ayında transfer olunub. O, indiyə qədər Tovuz təmsilçisində 42 oyuna çıxıb, 8 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub. Millerin “Turan Tovuz”la müddəti daha bir il artırılmaq şərti ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var.

Miller peşəkar karyerasına Panamanın “San Fransisko” komandasında başlayıb. O, Meksikanın “Venados”, Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Steyn”, İraqın “Əl-Quva” və “Əl-Mina” klublarında da legioner həyatı yaşayıb.

Roderik Panamanın U-20 və U-23 yığmalarında da oynayıb.

Seçilən
84
arena.az

1Mənbələr