AZ

Bakı İrəvanı Vazgen Sarkisyan küçəsinin adının dəyişdirilməsinə məcbur edə bilər – Erməni deputat

Bakı İrəvanı Vazgen Sarkisyan küçəsinin adının dəyişdirilməsinə məcbur edə bilər.

İnterpress.az xəbər verir ki, bunu cümə axşamı keçirilən brifinqdə “Ermənistan” blokunun müxalifətçi deputatı Artur Xaçatryan deyib.

O ehtiyat edir ki, Azərbaycan erməni revanşizminə qarşı mübarizə çərçivəsində Ermənistanı İrəvanın Vazgen Sarkisyan küçəsinin adının dəyişdirilməsinə məcbur edə bilər.

“Azərbaycan bizdən tələb edir ki, Qarabağ müharibəsi qəhrəmanlarını cəzalandıraq və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə azərbaycanlı haqqında məlumat verək.

Heç birimiz təsəvvür edə bilməzdik ki, Azərbaycan Qarabağ müharibəsi “qəhrəman”larının cəzalandırılmasını tələb edə bilər.

Qorxun ki, Bakı İrəvanı Vazgen Sarkisyan küçəsinin adının dəyişdirilməsinə məcbur edə bilər”, – Xaçatryan qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
3
interpress.az

1Mənbələr