Səhhətində problem olan Tağı Əhmədov bu gün qardaşının ildönümündə iştirak edib.
Bakıvaxtı.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi mərasimin keçirildiyi “Təzəpir” məscidinə ailə üzvlərinin köməyi ilə gəlib.
Qeyd edək ki, Tağı Əhmədovun qardaşı, 83 yaşlı Vəli Əhmədov ötən il dünyasını dəyişib.