AZ

Ukraynaya verilən F-16-lar rus qırıcılarından zəifdir?

Ukraynaya verilən F-16-lar rus qırıcılarından zəifdir?

Kollektiv Qərb ölkələri tərəfindən Ukraynaya verilən F-16 təyyarələrinin köhnə modelləri Rusiyanın müasir qırıcıları ilə rəqabətə tab gətirməyəcək. AFN.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin istefada olan general-mayoru Qordon Devis deyib."Bu təyyarələrə ən qabaqcıl sistemləri yerləşdirsəniz belə, onlar yenə də ən yaxşı rus qırıcılarını geridə qoya bilməyəcəklər", - deyə Davis "Business Insider"ə deyib. O, əlavə edib ki, F-16-nın əsas çatışmazlıqlarına onun məhdud uçuş məsafəsi və hava hücumundan müdafiə vasitələrinə qarşı həssaslığı daxildir.Portalın məlumatına görə, indiyədək Qərb Ukraynaya F-16-nın yalnız köhnəlmiş modifikasiyalarını verib, onlar o cümlədən radar avadanlığı baxımından zəif xüsusiyyətlərə malikdir. Qeyd olunur ki, ilin sonuna kimi Ukraynaya 20-yə yaxın belə döyüş təyyarəsi təhvil veriləcək.

Seçilən
0
4
afn.az

5Mənbələr