AZ

İrandan sonra Türkiyə? – Hərbi ekspert danışır

İranın İsrailə hücumu birmənalı qarşılanmır. Bəzi xarici hərbi ekspertlər münaqişəyə ABŞ, Rusiya, Çinin də qatılacağını düşünərək geniş maştabda, dünya miqyasında müharibəyə sürüklənəcəyini, hətta Türkiyədən də yan keçməyəcəyini açıqlayırlar.

Bu barədə Tribunainfo.az-a açıqlama verən hərbi ekspert Ramiz Şərifov bildirib ki, həqiqətən də regionda hərbi cəhətdən vəziyyət kəskinləşib. Bizim region dedikdə İranın axırıncı zərbəsi, İsrailin ərazilərinə edilən zərbələr, İsrail İranın bəzi bölgələrinə, Suriyada olan ərazilərin vurulması regionda vəziyyəti pisləşdirib.

Ekspertin sözlərinə görə, Türkiyə prezidenti cənab Ərdoğanın da çıxışında gördüyünüz kimi İsraili Livanda quru qoşunların iştirakı ilə müharibəyə başlamasını kəskin tənqid edib.

“İranın atdığı raketlərin bir hissəsini də Amerikanın 7-ci donanmasında olan gəmilər bəzilərini səmadan vurub məhv ediblər. Yəni İsraillə birlikdə eyni vaxtda Amerika da İsrailə edilən hava hücumlarının dəf edilməsində iştirak ediblər.

Regiona nəzər saldıqda İranın apardığı siyasət dəqiq desək başa düşülən deyil. Guya müsəlmanları qoruyur. Hizbullah, HƏMAS təşkilatı müsəlmanları, fələstinliləri guya düşmənlərdən qorumaq üçün bombaları atır.

Digər tərəfdən biz 44 günlük müharibədə gördük ki, İranın ərazisindən külli miqdarda Ermənistana silah-sursat ötürürdü. Hansı ki, biz də real baxdıqda din qardaşlarıyıq. 30 milyondan çox azərbaycanlı İranda yaşayır. Yenə buna baxmayaraq ikili standartı olduğuna görə İranın siyasəti dəqiq bəlli deyil.

Eyni zamanda Səudiyyə Ərəbistan da İranın güclənməsini istəmir. Yəmənin bir hissəsi isə İran tərəfdarlarıdır. Onlar İranın diqtəsi altında müxtəlif tədbirlər keçirir.

Yəni regionda İrandı, Suriyadı, İraqdı, Səudiyyə Ərəbistandı, Yəməndi bu regionda 3-cü dünya müharibəsinin alışması üçün yəni İranla İsrail arasında müharibə başlasa Amerika bura müdaxilə etsə, İngiltərə ordan kömək etsə, Rusiyanın İranda siyasi-iqtisadi maraqları var, Rusiyanın da müharibəyə girişməsi baş verəcək. Bu da dünya müharibəsinə gətirib çıxara bilər.

Amma hal-hazırda mən düşünmürəm ki, bu baş versin. Ona görə ki, İran öz vəziyyətini başa düşür. Sadəcə ona olunan iki zərbəni dünyaya göstərmək istəyir ki, mən də burada varam. Keçən dəfəki kimi…

Yenə İran əlaltı, gizlin danışıqlara gedəcək. Müharibənin öz ərazisində başlaması nəyin bahasına olursa olsun önləyəcək, qoymayacaq. Avropa ilə əlaqələri yaxşılaşdırmaq üçün cəhdlər edəcək. Ona görə ki, o başa düşür. Regionda bütün təhlükəsizlik təhdidini hazırda İranın apardığı siyasətdir. Gah bizi sərhədimizdə qorxudur, gah Türkiyədə nələrsə edir. Yəni dəqiq bəlli deyil. Dünya müharibəsi yönündə hələ ki, heç nə yetişməyib ancaq hər an hər şey ola bilər”.

Dəniz Pənahova

phrase_var_article.chosen
81
tribunainfo.az

1phrase_var_article.sources