AZ

Hərbi hissənin yaranmasının 3-cü ildönümü qeyd olunub

2024-cü ilin tədbirlər planına müvafiq olaraq, Müdafiə Nazirliyinin N saylı hərbi hissənin yaranmasının 3-cü ildönümü günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi hissənin komandiri polkovnik Rəşad Qənbərov tədbirdə hərbi hissənin yaranması və döyüş yolu barədə iştirakçılara məlumat verib. Qeyd edib ki,Ali Baş Komandan bütün xalqı səfərbər edərək mübarizəyə qaldırdı, dəqiq məqsədləri göstərdi, hər bir azərbaycanlını Qarabağ uğrunda mübarizəyə istiqamətləndirdi. “Biz qalib gələcəyik, bizim işimiz haqq işidir”, - deyə Ali Baş Komandan qeyd edirdi. Bu, sadə sözlər deyildi, bu, düşüncə tərzidir, bu, həqiqi vətənpərvərlikdir. Bununla Ali Baş Komandan Birinci Qarabağ müharibəsindən sonra ruh yüksəkliyini itirənlərə nikbinliklə inam qaytarırdı.

Tədbirdə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gündən-günə qüdrətləndiyi, döyüş qabiliyyətinin artırıldığı qeyd edilib. Ordumuzun daima ölkəmizin ərazi bütövlüyünü qorumağa qadir olduğu vurğulanıb.

Sonda hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərmanlarla təltif olunub.

Bayram tədbiri şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.

Elnarə Bayramova

Seçilən
64
herbiand.az

1Mənbələr