AZ

Rusiya Ukraynanın cənub və şərqinə 500 min əsgər toplayıb

Ukraynanın cənubunda və şərqində Rusiya ordusunun yarım milyon əsgəri cəmləşib. Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan 1-ci dərəcəli kapitanı, Hərbi Dəniz Qüvvələrinin qərargah rəisinin keçmiş müavini Andrey Rıjenko hərbçilərin Uqledardan başqa vəzifələr üçün çıxarılmasını şərh edərkən deyib.

“Əgər təmas xəttindəki döyüşlərin ümumi mənzərəsinə baxsaq, görərik ki, ruslar hazırda cənubda və şərqdə son dərəcə böyük sayda qoşun cəmləyib. Təsəvvür edirsiniz, təxminən yarım milyon insan...”,- Rıjenko “Espresso” kanalında vurğuladı.

O, xatırladıb ki, Rusiya Federasiyası tammiqyaslı işğala başlayanda 7 müxtəlif istiqamətdə 150 ​​min rus hərbçisi toplamışdı: "İndi üç istiqamətdə faktiki olaraq üç dəfə çox heyət toplanıb. Rusların qarşısına Donetsk vilayətinin ərazisini tam şəkildə mümkün qədər ələ keçirmək, Zaporojye, Dnepr, Sumı, Xarkov kimi vilayət mərkəzlərinə  yaxınlaşmaq, mütəmadi olaraq uzaqmənzilli artilleriyadan və KAB-lardan onlara atəş açmaq vəzifəsi qoyulub".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
14
news365.az

1Mənbələr