AZ

ABŞ-da özəl sektorda işləyənlərin sayı gözləniləndən çox olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da özəl sektor məşğulluğu proqnozları üstələyib.

Banco.az xəbər verir ki, “ADP” Araşdırma İnstitutunun “Stanford Digital Economy Lab” ilə birgə hazırladığı sentyabr ayı üzrə milli məşğulluq hesabatı dərc olunub.

Hesabata görə, ABŞ-da özəl sektorda məşğulluq sentyabr ayında 143 min nəfər artıb.

Bazar proqnozlarından yuxarı olan özəl sektor məşğulluğunun bu dövrdə 124 min nəfər artması gözlənilirdi.

Kiçik müəssisələrdə məşğulluğun sayı 8 min nəfər azaldığı halda, orta müəssisələrdə 64 min nəfər, iri müəssisələrdə isə 86 min nəfər artıb.

Sözügedən dövrdə məşğulluq artımının 101 mini xidmət sektorunda, 42 mini isə istehsal sektorunda baş verib. 

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
67
banco.az

1Mənbələr