AZ

Türkiyə MOSSAD-ın hədəfindədir - Türkiyəli jurnalist

Türkiyənin “CNN TÜRK” telekanalının xəbər departamentinin direktoru Nihat Uludağ İsrailin bölgədəki ambisiyalarından danışıb.

Missiya.Az xəbər verir ki, o, son aylarda Türkiyədə MOSSAD-a qarşı çoxlu əməliyyatların keçirilidiyinə diqqət çəkib.

“MOSSAD agentləri və casusları psixoloji müharibə üsullarından istifadə edərək əvvəlcə hədəf ölkənin iqtisadiyyatını çökdürür, sonra isə siyasi qeyri-sabitlik və parçalanmalar yaradır”, - deyə Uludağ vurğulayıb.

Onun sözlərinə görə, bu, əvvəlcə Fələstinin Qəzza zolağında, indi isə Livanda baş verib:

“İsrailin növbəti hədəfi Suriyadır, bizim daxili qalamız da təhlükədədir”, - deyə o əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
79
missiya.az

1Mənbələr