AZ

Lukaşenko Əli Əsədova: "Biz prezidentlər olaraq sizin işinizə qarışmayacağıq" - VİDEO

“Əgər bugünkü səfəriniz və Belarusda olmanız nəticəsində sürəti artırmaq imkanı tapsaq, mütləq sürətləndirəcəyik".

Bizim.Media BELTA-ya istinadən xəbər verir ki, bunu oktyabrın 3-də Minsk şəhərində Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə bildirib.

"Biz prezidentlər (özünü və Azərbaycan Prezidenti İlham Əliyevi nəzərdə tutur - red.) olaraq sizin işinizə qarışmayacağıq, bunun qarşısını almayacağıq”, - Belarus lideri əmin edib.

Əli Əsədov Belarusla Azərbaycan arasında dostluq münasibətlərinin tarixən inkişaf etdiyini və Azərbaycan Prezidentinin buna xüsusi önəm verdiyini vurğulayıb:

"Ölkə rəhbərləri səviyyəsində yaxşı münasibətlərin formalaşması da vacibdir. Biz, hökumət üzvləri, liderlərimizin bizə verdiyi tapşırığı yerinə yetirməyə borcluyuq".

O xatırladıb ki, Belarus Prezidentinin bu ilin mayında Azərbaycana dövlət səfərinin yekunları üzrə dövlət başçıları hökumətlər qarşısında bir sıra vəzifələr qoyublar ki, bu da hazırda birgə iş üçün yol xəritəsi rolunu oynayır.

“Biz də Belarusa böyük nümayəndə heyəti ilə gəlmişik”, - deyə Əli Əsədov qeyd edib.


Bizim.Media

Seçilən
7
bizim.media

1Mənbələr