AZ

Qərbi Azərbaycanın Qaraçanta kəndinin tarixi haqqında kitab nəşr olunub

Qərbi

Bakı, 3 oktyabr, AZƏRTAC

AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin aparıcı elmi işçisi dosent Tacir Səmiminin (Qurbanov) “Qaraçanta” adlı kitabı çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndinin tarixi və etnoqrafiyasından bəhs olunur. Nəşrdə bölgəyə məxsus folklor nümunələri də yer alıb.

Kitabın redaktoru mərhum professor Ramiz Əskər, rəyçiləri isə dosent Sönməz Abbaslı, Qars Mədəniyyət və Sənət Dərnəyinin sədri Vedat Akçayöz və Folklor İnstitutunun əməkdaşı Afaq Mustafayevadır.

Seçilən
16
azertag.az

1Mənbələr