AZ

Qərbi Azərbaycana qayıdış sülh müqaviləsinə daxil edilib?

“Sülh müqaviləsi layihəsində azərbaycanlıların Ermənistana qayıtması ilə bağlı bənd yoxdur”.

Publika.az
xəbər verir ki, bu iddia ilə Ermənistan xarici işlər naziri Vahan Konstanyan çıxış edib.

Lakin Konstanyan bu məsələnin Ermənistan üçün “qırmızı xəttə” çevrilə biləcəyi sualını cavablandırmayıb. Əlavə edib ki, sülh müqaviləsi layihəsi ictimaiyyətdən gizlədilmir.

“Bu proses şəffafdır, görüşlərlə bağlı mütəmadi olaraq məlumatlar verilir. Müqavilənin razılaşdırılmış bəndəri ölkələr arasında diplomatik münasibətlərin qurulması və digər məsələlərin müzakirəsinin davam etdirilməsi üçün yetərlidir”, - o bildirib.

Qeyd edək ki, azərbaycanlıların doğma evlərinə qayıdışı məsələsi rəsmi Bakının əsas prioritet hədəflərindəndir. Bu məsələnin müqaviləyə daxil edilməsi də istisna edilməməlidir. Ermənistan hakimiyyəti belə açıqlamalarla daha çox daxili auditoriyanı sakitləşdirməyə, ictimai rəyi yönləndirməyə cəhd edir.

Asif


phrase_var_article.chosen
54
4
publika.az

5phrase_var_article.sources