Avropa Komissiyası (AK) Macarıstanı məhkəməyə vermək qərarına gəlib.
Editor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat verilib.
“Avropa Komissiyası bu gün Macarıstanın işini məhkəməyə vermək qərarına gəlib, çünki Macarıstan “Suverenliyin qorunması” haqqında milli qanunun Aİ qanunlarını pozduğunu hesab edir”, – Avropa icra hakimiyyətinin mətbuat şərhində deyilir. Avropa Komissiyasının bildirdiyinə görə, sözügedən qanun Macarıstanın “Suverenliyin Müdafiə Ofisi”ni təsis edir, onun vəzifəsi başqa dövlətin və ya xarici qurumun, təşkilatın və ya fərdin maraqları naminə həyata keçirilən hərəkətləri araşdırmaqdır.
//Gülnarə Abasova, Editor.az