AZ

Macarıstanlı qonaqlar “N” hərbi hissəsində olublar -VİDEO

Bakı. Trend:

Azərbaycan və Macarıstan Müdafiə nazirlikləri arasında imzalanan2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, MacarıstanRespublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanasəfər edib.
Səfər çərçivəsində qonaqlar əvvəlcə Xüsusi Təyinatlı Qüvvələrin “N”hərbi hissəsində olublar.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi hissənin qərargahında qonaqlara xüsusi təyinatlılarındöyüş təcrübəsini əks etdirən brifinq təqdim olunub.

Sonra macarıstanlı qonaqlar hərbi hissədə görülən işlərlə tanışolub.

Macarıstan nümayəndə heyətinə xüsusi əməliyyat qrupunun taktikifəaliyyəti, həmçinin bölmələrin istifadəsində olan silah-sursat,təchizat və döyüş texnikası nümayiş olunub.

Keçirilən görüşün məqsədi mümkün əməkdaşlıq perspektivlərihaqqında fikir mübadiləsinin aparılması, eləcə də qarşılıqlıəlaqələrin inkişafı istiqamətində təkliflərin müzakirəedilməsidir.

Məqalədə:
Seçilən
6
22
az.trend.az

10Mənbələr