AZ

Ukraynalı general: "Bizi yalnız möcüzə xilas edəcək"

"Ukrayna ordusu son dərəcə ağır vəziyyətdədir. Ukraynanı yalnız möcüzə xilas edə bilər". Bu fikri istefada olan ukraynalı general, ölkənin Milli Təhlükəsizlik Şurasının keçmiş katibinin müavini Sergey Krivonos Ali Radanın keçmiş deputatı Borislav Berezanın YouTube kanalında deyib.

“Biz başa düşməliyik ki, Ukraynanı indiki mərhələdə yalnız möcüzə xilas edə bilər”, -o gileylənib.

Cəbhədə Ukrayna Silahlı Qüvvələri üçün yaranmış fəlakətli vəziyyəti təsvir edən Krivonos vurğulayıb ki, Ukrayna ordusunda nəinki döyüşəcək kimsə, döyüşəcək bir şey və yer də yoxdur.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
5
news365.az

1Mənbələr