Müğənni Afət Fərmanqızı ilə Xalq artisti Flora Kərimova arasında məhkəmə prosesi yekunlaşıb.
Oxu24.com CityPost.az-a istinadən xəbər verir ki, Binəqədi Rayon məhkəməsinin hakimi Abbas Rzayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində yekun qəbul olunub. Qərara əsasən Afət Fərmanqızı bəraət alıb.
Məhkəmənin qərarına görə Prosessual Məcələsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilsin.
Həsənova Afət Fərman qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə ona bəraət verilsin.