İndoneziya əhalinin sıx məskunlaşdığı Yava adasında Merapi vulkanının püskürməsindən sonra xəbərdarlıq səviyyəsini 3-ə qaldırıb.
News24.az xəbər verir ki, bu barədə “Jakarta Globe” məlumat yayıb.
Məlumata görə, lava axını maksimum 1500 metr məsafəyə çata bilər. Səlahiyyətlilər sakinlərə çay vadilərindən və lava axınının yayıla biləcəyi məhdud ərazilərdən uzaq durmağı tövsiyə edib.
Merapi vulkanının sonuncu böyük püskürməsi 2010-cu ildə 347 nəfərin ölümünə və 20 min insanın təxliyəsinə səbəb olub.
Teymur Məmmədov