AZ

Ukraynaya məxsus pilotsuz təyyarələr Rusiyanın Voronej vilayətindəki Borisoqlebsk hərbi aerodromuna hücum edib

Oktyabrın 3-nə keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələr Rusiyanın Voronej vilayətindəki Borisoqlebsk hərbi aerodromuna hücum edib.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələr məlumat verib. “Gecə USQ-nin, eləcə də Xüsusi Əməliyyat Qüvvələrinin və digər Müdafiə Qüvvələrinin pilotsuz təyyarələri Borisoglebsk hərbi aerodromunda KAB-lar olan anbarlara, SU-35 və SU-34 təyyarələrinin dayanacaqlarına, habelə aviasiya yanacağı anbarlarına hücum edib”.

Ruslar sosial şəbəkələrdə hava hücumundan müdafiənin işi, çoxlu sayda pilotsuz təyyarələrin uçuşu və yerli aerodrom ərazisində güclü partlayışlar və yanğınlar barədə yazıblar. Bundan əlavə, peyk monitorinqi Borisoglebsk ərazisində dörd yanğın qeydə alıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr