AZ

COP29 “yaşıl” maliyyələşdirməyə zəruri təkan verəcək - Cavid Quliyev

Bakı. Trend:

COP29 “yaşıl” maliyyələşdirməyə zəruri təkan verəcək.

Trend xəbər verir ki, bubarədə “PAŞA Bank”ın Baş icraçı direktoru və İdarə heyətinin sədriCavid Quliyev ADA Universitetində keçirilən "Özəl maliyyələşdirməüçün şəraitin yaradılması" mövzusunda dəyirmi masada bildirib.

"COP29 "yaşıl" maliyyələşdirməyə zəruri təkan verəcək və onutəkcə iri korporasiyalar və dövlət şirkətləri üçün deyil, kiçik vəorta biznes üçün də daha əlçatan edəcək", - o qeyd edib.

C.Quliyevin sözlərinə görə, Azərbaycanın bank sektoru artıq uzunmüddətdir ki, "yaşıl" maliyyələşdirmənin dəstəklənməsi ilə fəalşəkildə məşğul olur.

"Məsələn, bank sektoru ekoloji təmiz nəqliyyatın alınması üçünsərfəli şərait yaradır. Məlum olduğu kimi, COP29 ərəfəsində Bakınınküçələrinə çıxacaq xeyli sayda yeni elektrobuslar alınıb. Kəndtəsərrüfatına diqqət yetirsək, bank sektorunun damcılı suvarma kimitexnoloji həllərin maliyyələşdirilməsinə dəstək verdiyini görərik.Hazırda damcılı suvarma yalnız mühüm bir təcrübə deyil, həm dəölkənin yaşadığı su qıtlığı şəraitində şirkətlər üçün məcburihüquqi tələbdir", - o əlavə edib.

C.Quliyev bildirib ki, ölkədə normativ-hüquqi baza inkişaf edirvə bu, maliyyə institutlarına, xüsusilə banklara, “yaşıl”maliyyələşdirməni daha effektiv şəkildə dəstəkləməyə vəmobilizasiya etməyə kömək edir.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Seçilən
9
1
az.trend.az

2Mənbələr