AZ

Ukraynalı deputat: AŞPA və Azərbaycan əməkdaşlığından hamımız faydalanacağıq

Ukraynalı

Strasburq, 3 oktyabr, AZƏRTAC

Azərbaycan sivil dünyanın bir hissəsidir, Avropa ailəsinin üzvüdür. Biz Azərbaycan nümayəndə heyətini yenidən Avropa Şurası Parlament Assambleyasında görmək istəyirik. Mən Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına səs verməmişdim.

Bu fikirləri AŞPA payız sessiyası çərçivəsində AZƏRTAC-a müsahibəsində qurumdakı Ukrayna nümayəndə heyətinin üzvü Oleksii Qonçarenko deyib. O bildirib ki, bu təşkilata üzv ölkələrin nümayəndələri birlikdə olmalıdırlar. Azərbaycan da bu ailənin üzvüdür və AŞPA-da öz yerini tutmalıdır.

“Azərbaycan nümayəndə heyəti yenidən AŞPA-ya gəlməlidir. İnanıram ki, hər iki tərəf - Azərbaycan və AŞPA qarşılıqlı addımlar atacaq və bu vəziyyət həllini tapacaq. Bundan sonra da bu Assambleyada azərbaycanlı həmkarlarımla birgə işləyəcəyik və işləməliyik. AŞPA və Azərbaycan əməkdaşlığından hər iki tərəf, eləcə də hamımız faydalanacağıq”, - deyə O.Qonçarenko söyləyib. O vurğulayıb ki, AŞPA-da yaranmış bu vəziyyət Avropa Şurasına fayda gətirməyəcək: “Azərbaycan bu ailənin üzvü kimi təşkilatda olmalıdır”.

Seçilən
10
2
azertag.az

3Mənbələr