AZ

"Uşaqlardan "quru" qələbə qazanmalarını xahiş etdim" - Alison Beker

Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Bolonya"nı 2:0 hesabı ilə məğlub edən "Liverpul"un qapıçısı Alison Beker qazandıqları qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, "qırmızılar"ın rəsmi saytı braziliyalı qolkiperin onun sözlərini belə çatdırıb:

"Uşaqların önündə ürək sözlərimi dilə gətirərkən (oyun günü Alisonun 32 yaşı tamam olub - red.) "quru" qələbə qazanmalarını xahiş etdim. Güclü rəqibə qarşı fantastik oyun sərgilədik. "Bolonya" topla yaxşı oynayır, onu itirəndə isə güclü pressinq tətbiq edir. İtaliya komandaları ilə oynamaq həmişə çətindir, amma biz işimizin öhdəsindən gəldik. Qapımızı toxunulmaz saxladıq və 2 qol vurduq".

Nihat

Seçilən
7
fanat.az

1Mənbələr