AZ

Əhalinin dərman vasitələri üzrə xərcləri minimuma endiriləcək – Qanuna dəyişiklik

Bakı. Trend:

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.

Trend xəbərverir ki, iclasda “Əhalinin sağlamlığının qorunması haqqında” və“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarındadəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanunununlayihəsi (birinci oxunuş) müzakirə edilib.

Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, dəyişikliklərəhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımındanqarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habeləsığortaolunanların maraqlarının qorunmasına hüquqi zəminyaradacaq.

İclasda Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsininmüdiri Adil Vəliyev qanun layihəsi barədə ətraflı məlumat verib. Obildirib ki, layihədə vətəndaşlara göstərilən tibbi xidmətlərintəkmilləşdirilməsi və keyfiyyətin yüksəldilməsi, həmçinin əhalinindərman vasitələrini qiymət dəyişmələrinə qarşı həssaslığının vədərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədiləbir sıra mühüm və mütərəqqi addımların atılması nəzərdə tutulub.Qeyd olunub ki, qanun layihəsinin qəbulu icbari tibbi sığortanınəsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbixidmətlərin göstərilməsini təmin edəcəkdir.

Seçilən
25
4
az.trend.az

9Mənbələr