AZ

ABŞ-nin borcu iki gündə rekord səviyyəyə yüksəldi

ABŞ-nin milli borcu bir neçə gün ərzində rekord həddə - 347,6 milyard dollar artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.

Qeyd edilib ki, sentyabrın 30-dan oktyabrın 1-dək ABŞ-nin dövlət borcunun ümumi həcmi rekord həddə - 347,6 milyard dollar artıb.  Bunun fonunda ABŞ-nin ümumi borcu rekord həddə - 35,67 trilyon dollara çatıb.

Artımın böyük hissəsi hökumətin öz departamentləri qarşısındakı öhdəlikləri hesabına baş verib.

Qeyd edilib ki, ABŞ-nin dövlət borcu hər 100 gündə bir trilyon dollar artır.

 

Gözəl Həşimova

phrase_var_article.chosen
204
1
iqtisadiyyat.az

2phrase_var_article.sources