AZ

SOCAR ölkədə fəaliyyət göstərən bütün neft-qaz şirkətlərini metan emissiyalarının azaldılması öhdəliklərinə qoşulmağa çağırır

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkədə fəaliyyət göstərənbütün neft-qaz şirkətlərini metan emissiyalarının azaldılmasıöhdəliklərinə qoşulmağa çağırır ki, 2050-ci ilə qədər ölkəninneft-qaz sektoru metan emissiyalarını sıfıra endirsin.

Trend xəbər verir ki, bubarədə SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması vəəlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı“Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi”çərçivəsində keçirilən “Metanla bağlı irəliləyiş: Qlobal metanemissiyalarının azaldılması üzrə təşəbbüs (AGMR)” adlı konfransdabildirib.

“SOCAR 2023-cü ilin dekabrında dekarbonizasiya ilə bağlı,xüsusən də 2035-ci ilə qədər metan emissiyalarının 0,2 faizə,2050-ci ilə qədər isə sıfıra (Net Zero) çatdırılması daxil olmaqlakonkret öhdəliklər götürüb.

Biz, Azərbaycanın neft-qaz sektorunda fəaliyyət göstərən bütünoperator şirkətlərin dekarbonizasiya ilə bağlı bütün beynəlxalqöhdəliklərə əməl etmələrini dəstəkləyirik,” - M.Qurbanlı qeydedib.

Onun sözlərinə görə, SOCAR və BP metan emissiyalarınınazaldılması ilə bağlı rəhbər prinsiplərin (Methane GuidingPrinciples, MGP) həyata keçirilməsində aktiv və birgə iştirakedirlər və bu əməkdaşlıq müsbət nəticələr verir.

Bu şirkətlər metan emissiyalarının izlənməsi və emissiyahesablamaları üçün süni intellektin tətbiqini də həyatakeçirirlər.

Bu proqram (Methane.AI) COP29-da təqdim ediləcək.

Qeyd edək ki, atmosferin ozon təbəqəsindəki radiasiyaproblemlərinin təxminən 30 faizi metan emissiyalarındanyaranır.

COP29-da metanla bağlı ayrıca panelin keçirilməsi planlaşdırılırvə bir sıra Bəyannamələrin imzalanması gözlənilir.

Seçilən
11
az.trend.az

1Mənbələr