AZ

Əməkdar incəsənət xadimi Akif Quliyevin 70 illik yubileyi qeyd olunub

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Akif Quliyevin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Bəstəkarlar İttifaqının sədri AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə Akif Quliyevin musiqişünas-alim kimi gördüyü işləri yüksək qiymətləndirərək onu yubileyi münasibətilə təbrik edib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə və başqaları Akif Quliyevin elmi fəaliyyəti haqqında fikirlərini bölüşüblər.

Konfransda “Professor Akif Quliyevin elmi əsərlərində Azərbaycan bəstəkarlarının yaradıcılığına münasibət”, “Professor Akif Quliyevin elmi yaradıcılığında muğam tədqiqatlarına dair”, “Professor Akif Quliyev kamil bir şəxsiyyət kimi” və “Professor Akif Quliyevin elmi-pedaqoji fəaliyyəti” mövzularında məruzələr dinlənilib.

Bədii hissədə isə tanınmış gənc xanəndələr xalq və bəstəkar mahnılarını, muğamlarlarımızı ifa ediblər.

 

 

Seçilən
5
azertag.az

1Mənbələr