AZ

QHT “Qərbi Azərbaycan musiqi folkloru incilərinin toplanması” adlı layihənin icrasını yekunlaşdırıb - FOTOLAR

İz – Mədəniyyətin inkişafına dəstək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 01.06.2024-cü il tarixindən davam edən “Qərbi Azərbaycan musiqi folkloru incilərinin toplanması” adlı layihənin icrasını yekunlaşdırıb.  

QHT.az xəbər verir ki, “Qərbi Azərbaycan musiqi folkloru incilərinin toplanması” adlı layihəsi çərçivəsində Qərbi Azərbaycan: Aşıq havaları və folklor mühiti" adlı kitab hazırlanıb.

Laihə rəhbəri Fəridə Mirişova bildirib ki,layihə çərçivəsində Qərbi Azərbaycanın müxtəlif bölgələrindən olan el sənətkarları ilə görüşlər keçirilib. Sənətkərlar əsasən müxtəlif janrlarda fəaliyyət göstərən   müğənnilər, aşıqlar instrumental ifaçılardan ibarət idi. Toplanan nümunələr nota köçürülüb və  toplanılan  nümunələr janrlar üzrə çeşidlənənrək və kitabda yer alıb.

Qeyd edək ki, kitab  konkret olaraq müasir  Azərbaycanın hüquqi sərhədlərindən kənarda qalan Qərbi Azərbaycan xalq musiqi yaradıcılığı əhatə etsə da, bu, bir tarixdir, sonrakı fundamental tədqiqatlar üçün dəyərli maddi, mənəvi və etnoqrafik mənbədir. Erməni işğalçılarının Azərbaycana ərazi iddiaları ilə yanaşı, maddi və qeyri-maddi mədəniyyət nümunələrini də durmadan mənimsəməsi, xalq musiqimizi özününkü kimi təqdim etməsi bu gün də davam edir. Məhz bu səbəbdən Qərbi Azərbaycan bölgəsi üzrə xalq musiqi nümunələrinin toplanılması, nota salıması araşdırılması və təbliği bu iddialara qarşı tutarlı cavab olacqdır. Edilən nəticə Dünyanın harasında yaşamasından aslı olmayaraq bu sahədə məşğul olan tədqiqatçılar, muşiqişünaslar ifaçılar praktiki və nəzəri matreal kimi istifadə edə bilərlər.Matreallardan Ali və orta ixtisas məktəblərində dərs vəsaiti kimi istifadə oluna bilər. Praktiki əhəmiyyəti eyni zamanda ondadır ki, əldə edilən nəticələrdən xalq musiqi yaradıçılığının, xüsusən də onun regonal xüsusiyyətlərinin təbliğində olduqca yararlıdır.

Seçilən
9
qht.az

1Mənbələr