Şahin İsmayılov gündəlikdəki məsələlər barədə məlumat verərək bildirib ki, komitənin qarşıdakı sessiya üçün iş planında büdcə zərfinin və komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub.
Eyni zamanda, iş planında müstəqil Azərbaycanda gənclər siyasətinin banisiUlu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğinə, gənclər və idman sahəsinin aktual məsələlərinə həsr olunmuş ictimai dinləmələrin və digər tədbirlərin keçirilməsi,şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlər, vətəndaşların qəbulu, ərizə və şikayətlərlə işin təşkili və digər məsələlər nəzərdə tutulub.
Komitə sədri gündəliyin ikinci məsələsi ilə bağlı bildirib ki, qanun layihəsində ümumilikdə 5 məcəllədə və 6 qanunda, o cümlədən "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" Qanundadəyişiklik edilməsi təklif olunur.Layihə uyğunlaşdırma xarakterlidir. Belə ki, "Arbitraj haqqında" Qanunun qəbulu ilə yerli arbitraj institutunun yenidən formalaşdırılması, beynəlxalq və daxili arbitrajın həyata keçirilməsi kimi məsələlərlə bağlı yeni tənzimləmələr qanunvericilikdə müvafiq dəyişiklikləri zəruri edir.
Məsələlərin müzakirəsində komitə üzvləri Ülvi Quliyev, Vüqar İskəndərov, Eyvaz Qurbanov, Asif Əsgərov, Müşfiq Cəfərov vəMilli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək komitənin payız sessiyası üçün iş planının layihəsini müsbət qiymətləndiriblər, iş planı ilə bağlı təkliflərini səsləndiriblər.Onlar qanun layihəsindəki dəyişikliklərin əhəmiyyətini qeyd edərəkAzərbaycanda gənclər və idman sahəsinin daha da inkişafının bəzi aktual məsələlərinə və müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə dair fikirlərini bölüşüblər.
Müzakirələrin sonunda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planı təsdiq edilib, müzakirəyə çıxarılan qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputatlar Səbinə Xasayeva, Anar Məmmədov, Mahir Süleymanlı, Mircəlil Qasımlı, Göydəniz Qəhrəmanov və digər rəsmi şəxslər iştirak ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31