Odu ki, “Football-plus.az” oyun ərəfəsində olimpiya çempionuna müraciət edərək, fikirlərini öyrənib:
“Nə deyə bilərəm? “Malmö” yetərincə yaxşı komandadı, ötürmələrə əsaslanan futbolu təbliğ edir, çoxlu hücumlar qurur, yaxşı futbolçuları var. Son mövsümdə çempion olublar, elə bu mövsüm də olacaqlar. Çox yaxşı oynayırlar. Daim hücum qurduqlarına görə arxada boşluqlar verirlər. Ancaq ola bilər ki, “Qarabağ”la fərqli oynasınlar. Çünki rəqib də “Qarabağ”ın güclü hücum xəttinə malik komanda olduğunu bilir. Odu ki, “Malmö” bu gün müdafiəyə də diqqət ayırmağa məcbur olacaq. Ümid edirəm ki, “Qarabağ” qalib gələrək yoluna davam edəcək. Mən “Qarabağ”ın qalib gələcəyinə inanıram. Ona görə ki, komanda hər oyunda çoxlu qol vəziyyəti yaradır. “Tottenhem”ə məğlubiyyəti unutmaq lazımdı. “Qarabağ”a uğurlar arzulayıram”.
RÖYANƏ OĞUZ