AZ

Rusiya Qərbə xəbərdarlıq ETDİ

Moskva Kiyev rejiminin qərb sponsorlarını oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində keçiriləcək BRİKS sammitinə təsir etmək cəhdlərinə qarşı xəbərdarlıq edir. 

Redaktor.az xəbər verir ki, bu sözləri rusiyalı diplomat Sergey Ryabkov deyib.

"Mən ilk növbədə Kiyevin Qərb sponsorlarına xəbərdarlıq etmək istərdim ki, vəziyyətə, xüsusən də Kazan sammitinə təsir göstərməyə çalışmasınlar. Bu, böyük səhv olardı", - o, BRİKS-ə hazırlıqla bağlı keçirilən mətbuat konfransında qeyd edib. 

Qeyd edək ki, bu il Rusiya BRİKS-ə sədrlik edir. O, 200-dən çox tədbiri əhatə edir və qrupun oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitində yekunlaşacaq.

Türkan İSGƏNDƏRLİ

Seçilən
17
redaktor.az

1Mənbələr