İsrailin Dəməşqə endirdiyi zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri Məcid Divani ölüb.
APA xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.
Məlumatda Məcid Divaninin İsrailin 3 gün əvvəl Dəməşqə hücumu zamanı yaralandığı, aldığı xəsarətlərdən bu gün həyatını itirdiyi qeyd olunub.