AZ

Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Ağdama səfər ediblər

Ağdam, 3 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Ermənistan hərbi qüvvələrinin otuz ilə yaxın işğal dövründə dağıtdığı dini, mədəni və tarixi abidələrə yerində baxıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Forum iştirakçıları rayonun Sarıcalı kəndi ərazisində minatəmizləmə prosesini izləyib, şəhərin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına baxıblar. Səfər iştirakçıları, həmçinin Ağdam Cümə məscidində, İmarət kompleksində Azərbaycan dövləti tərəfindən həyata keçirilmiş təmir-bərpa işləri ilə tanış olub, yeni yaşayış məhəllələri, həyata keçirilən tikinti-quruculuq işləri barədə məlumatlandırılıblar.

 

Seçilən
11
2
azertag.az

3Mənbələr